Kafel -metlax işləri
SERAMİK PİLTƏLƏR VƏ DEKORLAR HAQQINDA
Dükanlardan kafel metlax alarkən üzərindəki rəng kodu, eyni istehsal tarixi və digər lazımi kodlarına diqqət yetirin! Seramik iç və çöl məkanlarda, hovuz, ticarət obyektləri və s. bir çox yerlərdə istifadə olunur. Seramikləri istifadə olunacaq məkana uygun seçmək lazımdır. Seramik əgər kafe, restoran kimi yerlərdə işlədiləcəksə sərtlik, ləkələrə və kimyəvi maddələrə dayanıqlıq və asan təmizlənmə kimi texniki özəllikləri nəzərə alınmaqla kafel, metlax və dekor seçilməlidir. Çöl məkanlarda istifadə olunacaq metlaxlar dona dayaniqlı və az su əmmə özəlliyinə sahib olmalıdır. Kafel metlax döşənəcək yer quru, tozsuz, yagsız və təmiz olmalıdır.
Alçiban üzərinə kafel necə döşənir?
Alçiban əsasən iç məkanlarda ara qat yaratmaq, otagı bölmək məqsədilə istifadə olunur.Alçiban deformasiya olundugu üçün üzərinə yapışdırılacaq kafellərin də elastik olması gərəkdir. Alçiban üzərinə kafel yapışdırmaq üçün elastik səth ilə yaxşı əlaqə yarada bilən, yapışma qabiliyyəti yüksək olan seramik yapışdırıcısı ıstifadə olunmalıdır.
Kafel döşənməmişdən öncə alçiban vurulan sahənin keyfiyyəti yoxlanmalı , şovları alçı və ya fuga-gips ilə doldurulmalıdır. Alçibanda əsas karkasın düzgün və güvənilir bir şəkildə bərkidildiyindən əmin olmaq lazımdır.










